Türkiyəli sosial media fenomeni Bahar Candan Netflix-in 10 illik tədbirinə buraxılmayıb.

Dergi.az xəbər verir ki, Netflix Türkiyədəki 10-cu ilini möhtəşəm bir tədbirlə qeyd edib. Serenay Sarıkaya, Demet Özdemir, Melis Sezen, Mert Ramazan Demir və digər məşhurlar tədbirdə iştirak ediblər.

Bahar Candan isə tədbirə xüsusi hazırlıqla gəlsə də, içəri buraxılmayıb. Onun dəvətlilər siyahısında olmadığı üçün kənarda qaldığı bildirilir.

Candan sosial mediada yayılan görüntülərdə saçlarının yanması səbəbindən gecikdiyini bildirib.