Türkiyəli aktrisa Ekin Türkmen qırmızı xalçada cəsur geyimi ilə diqqət mərkəzinə düşüb.

Dergi.az xəbər verir ki, aktrisa Netflix-in 10 illik yubiley tədbirinə qatılıb. O, qırmızı rəngli dərin sinə dekolteli və yüksək yırtmaçlı geyimi ilə gecədə iştirak edib.

Ekin Türkmenin bu seçimi sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında “Hər yerindən açıqdır”, “Bu dəfə olmamış” kimi tənqidi fikirlər səsləndirilib.

Qırmızı rəngin təsirini artıran aktrisa görünüşünü zərif topuqlu ayaqqabılar və parlaq əl çantası ilə tamamlayıb.