Türkiyəli aktrisa Pınar Deniz reklam siması olduğu markanın lansmanında sürpriz doğum günü qeyd edib.
Dergi.az xəbər verir ki, markanın Türkiyədəki ilk reklam siması olaraq tədbirə qatılan Deniz, lansman zamanı özü üçün hazırlanan doğum günü tortu ilə qarşılaşıb və 33 yaşını xüsusi tortla qeyd edib.
Pınar Deniz markayla həyata keçirdiyi əməkdaşlığın həyəcanını da bölüşüb. Reklam çəkilişlərində çox xoş anlar yaşadığını bildirən aktrisa, “Ortaya çıxan filmi izləmək mənim üçün çox maraqlı idi. Türkiyəyə yeni gələn bir markanın ilk reklam siması olmaq və daha çox insanla tanış etmək təsvirsiz bir xoşbəxtlikdir. Markanın rəngli dünyasının bir parçası olmaq məni ayrıca çox həyəcanlandırdı,” deyə qeyd edib.
