Türkiyəli aparıcı Esra Ceyhan 57 yaşında olmasına baxmayaraq, sosial mediada paylaşdığı fotolarla gündəmə gəlib.

Dergi.az xəbər verir ki, Ceyhanın illər sonra yenidən diqqət mərkəzində olması onun pərəstişkarları arasında maraq doğurub. Aparıcı, üzündə heç bir estetik əməliyyat olmadığını və botoks, dolğu kimi prosedurlardan istifadə etmədiyini bildirib.

Ceyhanın gözəllik sirri olmadığını, xüsusi dəri baxımı və ya pəhriz proqramı paylaşmadığını qeyd edib. Aparıcı, illərin ona cömert davrandığını vurğulayıb.

Esra Ceyhan 90-cı illərdə yayımlanan “Esra Ceyhan’la A’dan Z’ye” proqramı ilə tanınmışdı. O, bu proqramda səmimi təqdimat tərzi ilə tamaşaçıların rəğbətini qazanmışdı.

Hazırda televiziyada görünməsə də, sosial mediada paylaşdığı fotolarla yenidən diqqət çəkir.