Türkiyəli məşhur Cemal Can Canseven xəstəxanadan paylaşdığı şəkillə pərəstişkarlarını qorxudub.
Dergi.az xəbər verir ki, məşhurun qoluna serum taxılmış halda çəkdiyi foto sosial mediada sürətlə yayıldıqdan sonra onun sağlamlıq durumu ilə bağlı narahatlıqlar yaranıb.
Cemal Can Canseven isə sosial media hesabından açıqlama yayaraq vəziyyətinin ciddi olmadığını bildirib. “Sizi yerim. İyiyim iyiyim üşütmüşüm. Nazara gəldik” sözləri ilə pərəstişkarlarını sakitləşdirib.
Uzun müddətdir enerjili halları ilə tanınan Cemal Can Cansevenin qısa müddətdə əvvəlki sağlamlığına qovuşacağı gözlənilir.
