Amerikalı rok qrupu Foo Fighters “Jimmy Kimmel Live!” gecə şousunda çıxış edib.
Dergi.az xəbər verir ki, qrup Halloween həftəsi üçün təşkil olunan dörd gecəlik musiqi proqramının birinci gecəsində səhnəyə çıxıb. İlk gecə “Your Favorite Toy” adlı son albomlarından “Window” mahnısını ifa ediblər.
İkinci gecə isə Foo Fighters 1995-ci ildə çıxan ilk albomlarından “This Is A Call” mahnısını səsləndirib. Bu mahnı qrupun ilk dövrlərini xatırladan və çox sevilən əsərlərindən biridir.
Foo Fighters bu performansları ilə Avstraliyada başlayacaq stadion turnesi üçün hazırlıqlarını davam etdirir. “Your Favorite Toy” albomu, 2023-cü ildə Billboard 200 siyahısında 8-ci yerə qədər yüksələn “But Here We Are” albomunun davamıdır.
