Türk istehsalı “Yeraltı” serialı ikinci mövsümə hazırlaşır və yeni yayımlanan afişası ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, serialın afişası bir vaxtlar yayımlanan “The Vampire Diaries” serialının afişasına bənzərliyi ilə sosial mediada geniş müzakirə mövzusu olub.

İzləyicilər afişaların oxşarlığını qeyd edərək, dizaynerlərin təsirlənmə ehtimalını irəli sürüblər.

“Yeraltı” serialının yaradıcı heyəti isə bu iddialarla bağlı hər hansı açıqlama verməyib.