Türkiyəli aktrisa Büşra Develi, “Eşref Rüya” serialında Çiğdem komiser rolunu canlandırdıqdan sonra Fatih Altaylının proqramına qonaq olub.

Dergi.az xəbər verir ki, aktrisa proqramda öz marağı ilə etdirdiyi gen testinin nəticələrini bölüşüb. O, test nəticəsində 74% Gürcü əsilli çıxdığını və bu nəticəni zarafatla “Fransa’ya bayağı uzaq” ifadəsi ilə dəyərləndirib.

Fatih Altaylı isə Büşra Develinin zərifliyinə toxunaraq “Celal haqlıymış, sənin zərifliyin bambaşka” deyə aktrisaya müraciət edib.

Büşra Develi, həmçinin ailəsinin Trabzonlu və Bayburtlu olduğunu, lakin İzmitdə doğulub böyüdüyünü bildirib.

Proqramda Büşra Develi gen testi və ailə keçmişi ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.