Türkiyəli aktyor Mehmet Günsür “Möhtəşəm Yüzyıl” serialında Şahzadə Mustafanın edam səhnəsinin çəkilişləri ilə bağlı maraqlı açıqlamalar verib.
Dergi.az xəbər verir ki, aktyor Fatih Altaylının YouTube proqramında iştirak edərək bu səhnəyə necə hazırlaşdıqlarını və yayımlandıqdan sonra baş verən maraqlı hadisələri paylaşıb.
Günsür, serialın yaradıcılarının və tamaşaçıların iki il boyunca bu anı gözlədiklərini bildirib. Şahzadə Mustafanın ölüm səhnəsi həm tamaşaçılar, həm də çəkiliş qrupu üçün serialın ən əhəmiyyətli anlarından biri olub.
Aktyor, “Bir atanın oğlunu öldürməsi çox böyük bir hadisədir” deyərək səhnənin emosional ağırlığını vurğulayıb və bu finalın onun üçün sıradan bir çəkiliş olmadığını qeyd edib.
Ən maraqlı məqam isə bölüm yayımlandıqdan sonra Bursa şəhərindəki türbəyə ziyarətçi axınının baş verməsi olub. Yaşanan izdiham səbəbindən türbə bağlanmaq məcburiyyətində qalıb.
