Türkiyəli aktyor Akın Akınözü şəxsi həyatı ilə gündəmə gəlib. Moda dizayneri Melis Uzunoğlu ilə sevgi yaşayan aktyor, sevgilisi ilə birlikdə bir ili geridə qoyub. Cütün il dönümü qeyd etməsi sosial mediada romantik rüzgarlar estirib. Melis Uzunoğlu sevgilisi ilə çəkilmiş fotolarını paylaşaraq yazdığı duyğusal mesajla sevgisini bir daha elan edib. Akın Akınözü də bu sözlərə qısa, amma mənalı bir cavab verib.

Dergi.az xəbər verir ki, Akın Akınözü və Melis Uzunoğlu birlikdəliklərini ilk dəfə may ayında qatıldıqları bir tədbirdə göz önünə sərmişdi. O gündən bəri zaman-zaman sosial media hesablarından birlikdə keçirdikləri xoş anları paylaşan cütlük münasibətlərini gözlərdən uzaq, lakin xoşbəxtliklərini gizlətmədən yaşamağı üstün tutur.

İndi isə sevgilərinin birinci ilini qeyd edən cütlük izləyicilərinə romantik bir sürpriz edib. Xüsusilə Melis Uzunoğlunun paylaşımında yazdığı qeydlər cütün bir-birinə duyduğu sevgini göz önünə sərib.

Birinci il dönümlərinə özəl fotolarını yayımlayan Uzunoğlu, Akın Akınözü’ne hitaben olduqca səmimi ifadələr işlədib. Sevgilisinə “Nəydin sən bu günə qədər… Daha neçə illərimiz olsun. Bizim birlikdə yığacaq daha çox gülüşümüz var. Aşiq olmaq möhtəşəm bir şeymiş sənlə anladım” deyə səslənib.

Bu sözlər izləyicilərinin də diqqətindən qaçmayıb. Uzunoğlunun mesajında həm sevgilisini həyatında tapdığı üçün duyduğu xoşbəxtlik, həm də birlikdə keçirəcəkləri illərə dair həyəcanı var idi.

Akın Akınözü sevgilisinin romantik paylaşımına biganə qalmayıb. Məşhur aktyor “Yaxşı ki…” sözləri ilə Melis Uzunoğluna cavab verib.