Britaniyalı məşhur aşpaz Gordon Ramsay 60 yaşını qeyd edib.
Dergi.az xəbər verir ki, Ramsay bu münasibətlə həyat yoldaşı Tana və altı övladı ilə birlikdə çəkilən ən gözəl ailə fotolarını paylaşıb. Ramsay və Tana 30 illik evlilikləri ərzində Megan, Holly, Jack, Tilly, Oscar və Jesse adlı altı övlad sahibi olublar.
Ramsay 2023-cü ildə “Last Meals” adlı veb-şouda uşaqlarının karyeralarını erkən yaşlardan təşviq etdiyini və onları şöhrət və puldan uzaq durmağa çağırdığını açıqlayıb. O, uşaqlarının kiçik yaşlardan etibarən pul yığıb, yarımştat işlərdə işlədiklərini bildirib.
Ramsay, qızı Tilly ilə eyni gün doğulduğunu paylaşaraq, “Dünyanın ən şanslı atasıyam” deyə qeyd edib.
2024-cü ildə Ramsay qızı Tilly ilə birlikdə “MasterChef Junior”da iştirak edib və onun Universiteti bitirməsini ailəsi ilə birlikdə qeyd edib.
