Türkiyəli aşpaz Mehmet Yalçınkaya MasterChef yarışmasında jüri olaraq yaşadığı təcrübələrlə bağlı maraqlı etiraflar edib.
Dergi.az xəbər verir ki, Yalçınkaya, yarışmanın kulisində yaşanan bəzi hadisələri paylaşaraq, jüri üzvləri arasında zaman-zaman fikir ayrılıqlarının olduğunu bildirib.
Onun sözlərinə görə, bu fikir ayrılıqları yarışmanın gedişatına təsir etsə də, nəticədə hər zaman ən yaxşısını seçməyə çalışıblar.
Mehmet Yalçınkaya, həmçinin yarışmanın onun üçün böyük bir təcrübə olduğunu və bu müddətdə çox şey öyrəndiyini vurğulayıb.
