Amerikalı müğənni Christina Aguilera Los Ancelesdə keçirilən “The Super Graphic Spectacular” tədbirində Chappell Roan ilə sürpriz duet edib.
Dergi.az xəbər verir ki, Aguilera səhnəyə çıxaraq “Beautiful” mahnısını ifa etdikdən sonra Roan ilə birlikdə “Coffee” mahnısını oxuyub. Bu sürpriz çıxış tədbirin ilk gecəsində baş verib və Aguilera tədbirdə əvvəlcədən elan edilməmişdi.
Chappell Roan Aguilera ilə tanışlıqdan sonra onun qadınların pop musiqidə özlərini ifadə etmələrinə necə kömək etdiyini vurğulayıb və onu əfsanə adlandırıb. Aguilera isə Roan-ın səsini ilk dəfə eşidəndə onun güclü bir ifaçı olduğunu bildiyini qeyd edib.
Duet zamanı Roan “Coffee” mahnısının sözlərini səhv oxuyub, lakin Aguilera ilə birlikdə gülərək mahnını yenidən ifa ediblər.
Tədbirin digər iştirakçıları arasında Tinashe, Lola Young və MUNA kimi məşhurlar da yer alıb. Bu konsertlərdən əldə olunan gəlir Midwest Princess Project-in növbəti mərhələsinə yönəldiləcək.
