Amerikalı müğənni Billie Eilish-in xarici görünüşündəki dəyişikliklər sosial mediyada müzakirələrə səbəb olub. İddialara əsasən, müğənni “Ozempiq” preparatı ilə arıqlayıb və sinə əməliyyatı keçirib.

Dergi.az xəbər verir ki, bu müzakirələr “John Hardy” zinət əşyaları evinin reklam kampaniyası çərçivəsində yayımlanan şəkillərdən sonra yaranıb. 24 yaşlı müğənni, qardaşı Finneas ilə birgə hazırladığı kolleksiyanın təqdimatında, belini vurğulayan krujevalı top geyinib.

İnternet istifadəçilərinin fikirləri isə iki yerə bölünüb. Bir qisim Billie Eilish-i konformizmdə və əvvəlki ideallarından imtina etməkdə ittiham edib. Digərləri isə onun sağlam görünüşünü tərifləyərək, stil dəyişikliyinə haqq qazandırıb.

Billie Eilish özü isə daha əvvəl bədəninə və internet cəmiyyətinə münasibətindən danışıb. O, 2020-ci ildə “Not My Responsibility” adlı qısametrajlı filmində bədən şamingini açıq şəkildə tənqid edib. Müğənni, dəyişiklikləri sağlam həyat tərzi və müntəzəm idmanla izah edib.