Türkiyəli müğənni Can Bonomo atası Yaşar Bonomonun vəfat etməsi ilə böyük kədər yaşayıb.
Dergi.az xəbər verir ki, Bonomo acı xəbəri sosial media hesabından duyurub və atası ilə birgə çəkilən fotosunu emosional sözlərlə paylaşıb.
Paylaşımında Bonomo “Canım atam, biricik dostum Yaşar Bonomonu bu gün yola saldıq. Onunla bağlı çox yazdım. Daha da yazaram. İncə ruhlu, uşaq qəlbli, cəsur atam mənim. Sənin oğlun olmaq, səninlə birgə böyümək mənim üçün şərəf idi. Ruhun şad olsun…” ifadələrini qeyd edib.
