Türkiyəli aktrisa və müğənni Hülya Avşar serial sektorunda yaşanan problemlər haqqında açıqlama verib.
Dergi.az xəbər verir ki, Hülya Avşar, serial sektorunda təcrübəli sənətçilərə kifayət qədər imkan yaradılmadığını bildirib. O, yeni layihələrdə yer almaq istəyən təcrübəli sənətçilərə qarşı maneələrin olduğunu vurğulayıb.
Avşar, sektorda gənc və yeni simalara üstünlük verildiyini, bu səbəbdən təcrübəli aktyorların layihələrdə iştirak etməkdə çətinlik çəkdiyini qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət sənətçilərin təcrübələrindən istifadə edilməsini əngəlləyir və sektorda keyfiyyətin azalmasına səbəb olur.
