Türkiyənin “Kızılcık Şerbeti” serialı son həftələrdə gözlənilən yüksəlişi ilə yenidən diqqət mərkəzinə gəlib. Show TV-də yayımlanan serial yeni ssenari komandası ilə ekrana çıxan ilk seriyasında üç reyting kateqoriyasında da artım əldə edib. Xüsusilə AB qrupunda mövsümün ən yüksək nəticəsinə nail olub.

Dergi.az xəbər verir ki, bu inkişafın ardından serialın prodüseri Faruk Turgut sosial media hesabından paylaşım edərək sevincini ifadə edib. Turgut “Yeni gəlmədik, geri gəldik. Əməyi keçən hər kəsə təşəkkürlər” sözlərini yazıb və paylaşımına nazar boncuğu və alqış emojiləri əlavə edib.

“Kızılcık Şerbeti”nin 16 oktyabr Cümə axşamı yayımlanan 143-cü seriyası izlənmə göstəricilərindəki yüksəlişlə diqqət çəkib. Serialın yeni seriyası Totaldə 6,07, AB-də 7,06 və ABC1-də 6,66 reytingə çataraq üç kateqoriyada da günün ikincisi olub.

Bu yüksəlişin diqqət çəkən digər tərəfi isə ssenari komandasında baş verən dəyişiklikdən sonra gəlməsidir. Melis Civelek və Zeynep Gürün ayrılması ilə ssenarini Ozan Yurdakul, Meryem Gür, Burcu Över və Caner Güler devralıb.

Yeni komandanın hazırladığı ilk bölüm AB qrupunda 7,06 reyting alaraq serialın beşinci mövsümündəki ən yüksək nəticəsinə çatıb.