Türkiyəli prodüser Faruk Turgut “Kızılcık Şerbeti” serialının heyətinə ödənişlərdə endirim edilməyəcəyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Show TV-də beşinci mövsümdür yayımlanan bu fenomen serialın prodüser şirkəti, kanalın büdcəni azaltmasına baxmayaraq, heyətə heç bir endirim etməyəcəyini bildirib.

Reklam gəlirlərindəki azalma səbəbindən yayım şirkətləri xərcləri azaltmağa çalışsa da, “Kızılcık Şerbeti” heyətində bu istiqamətdə addım atılmayacaq. Kanal büdcəni azaltsa da, heyətin ödənişlərində kəsinti olmayacaq.

Faruk Turgut, iqtisadi şərtlərin sektoru çətinləşdirdiyini qəbul edərək, heyətin əməyinə diqqət çəkib. “Beş mövsümdür böyük zəhmətlə çalışan heyətimizə heç bir endirim etməyəcəyik. Heç kimə o mənəvi sarsıntını yaşatmayacağıq,” – deyə o vurğulayıb.

“Kızılcık Şerbeti”nin beşinci mövsümündə də tamaşaçı marağını qoruyub saxlaması, heyətin motivasiyasını yüksək tutmaq üçün bu qərarın sektordakı maliyyət müzakirələri arasında diqqət çəkən bir addım olduğunu göstərir.