Türkiyənin Kanal D kanalında yayımlanan “Daha 17” serialının yeni seriyası öncədən izləmə olaraq təqdim edilib. Bu seriyada Arasın anasının dizinə uzandığı səhnələr duyğusal anlar yaşadıb.

Dergi.az xəbər verir ki, Arasın “Yoruldum ana. Mən heç nə etmədim. Heç kimi öldürmədim” sözləri və göz yaşları izləyiciləri dərindən təsirləndirib.

Arasın “O, Demir olduğunu bilmir” ifadəsi isə “İki qardaş bir araya gələ biləcəkmi?” sualını yenidən gündəmə gətirib. Arasın “Sən getdin və mən bir daha heç doymadım ana” etirafı yeni seriyada yaşanacaq duyğu selinin xəbərçisidir.

Pastel Film istehsalı olan “Daha 17” serialı bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.