Aparıcı Vüsalə Əlizadə yeni fotosessiya etdirib.
Dergi.az xəbər verir ki, payız ab-havasında kamera qarşısına keçən Vüsalə Əlizadə fotosessiya ilə bağlı sosial media hesabında paylaşım edib.
O, fotosessiyaya “Payızın ən gözəl tərəfidir xəzəl. Hər biri bir ayrılıq hekayəsi daşıyır. Ayrılıb gedəndə belə dünyanı gözəlləşdirməyi, yaddaşlarda qalmağı bacarır. Yadda gözəl qalanlardan olaq” sözlərini əlavə edib.
