Avstraliyalı aktrisa Nikol Kidman bir jurnalın üz qabığı çəkilişi üçün kamera qarşısına keçib. 59 yaşlı aktrisa bikinili və aşağı bel cins şalvarla verdiyi pozlarda qarın əzələləri ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, Kidman çəkiliş zamanı uzun boyunun karyerasının ilk dövrlərində qarşısına çıxardığı çətinliklərdən də danışıb. O, uşaqlıq dövründə balerina olmaq arzusunu reallaşdırmaqda çətinlik çəkdiyini bildirib.
Kidman, “Boyum mənim üçün bir maneə idi. Sinifin ən uzunu idim, bütün oğlanlardan belə uzundum. Çox uzun olduğum üçün balerina olmaq arzum reallaşmadı. Aktrisa olaraq belə mənə, ‘Çox uzunsan, çünki baş rol oyunçusundan daha uzunsan’ deyilirdi” deyə qeyd edib.
Bir layihədə baş rol üçün seçildiyində baxış bucağının dəyişdiyini bildirən Kidman, “Bir gün, bir layihədə ilk sırada seçildiyinizdə artıq çox uzun olmursunuz. Hər kəs sizə uyğunlaşmaq məcburiyyətində qalır. Bu baş verdikdə həqiqətən inanılmaz idi. Həyatım boyunca daim ‘Çox uzun olacaqsan’ deyilirdi. Amma bu vəziyyət içimdəki mübarizə atəşini alovlandırdı” ifadələrini işlədib.
