Türkiyəli sosial media fenomeni Aslışah Alkoçlar əl çantası ilə diqqət çəkib. Onun çantasının qiymətinin klassik avtomobilin dəyərini geridə qoyduğu bildirilib.
Dergi.az xəbər verir ki, ikinci əl lüks moda bazarında bu çanta modelinin təxminən 30-35 min dollar arasında satıldığı qeyd olunub. Alkoçların paylaşımında fon olaraq 1980-ci illərin klassik avtomobili də yer alıb.
Bu tip ikonik klassik avtomobillərin orta qiymətinin isə 17 min dollar civarında olduğu hesablanıb.
