Türkiyəli məşhur Almeda Baylan “Gelinim Mutfakta” proqramına qatılaraq keçmiş qayınanası ilə eyni yarışmada iştirak edəcək.

Dergi.az xəbər verir ki, Almeda Baylan, dörd illik evliliyinin qayınanası səbəbindən sona çatdığını daha əvvəl açıqlayıb. İndi isə keçmiş qayınanası ilə birlikdə yarışmada rəqabət aparacaq.

Proqramın aparıcısı Aslı Hünel, Almeda’nın açıqlamalarının həm gəlinlər, həm də qayınanalar arasında maraqla qarşılanacağını bildirib. Bu dəfə mətbəxdə yalnız yeməklər deyil, ailə münasibətləri də müzakirə olunacaq.

Almeda Baylan keçmiş əri ilə barışma yolunda olduqlarını da qeyd edib. Bu açıqlama onların münasibətində yeni bir səhifə açılıb-açılmadığı sualını doğurub.

“Gelinim Mutfakta” proqramı, həftə içi hər gün saat 13.45-də Kanal D-də yayımlanır.