Rusiyalı aktyor Konstantin Xabenski üç ildən sonra ilk dəfə həyat yoldaşı Olqa Litvinova ilə birlikdə ictimai tədbirdə iştirak edib.
Dergi.az xəbər verir ki, cütlük Moskva şəhərində keçirilən “Morozko” filminin premyerasına qatılıb və fotokoll üçün fotoqraflara poz verib.
Əvvəlki dəfə Xabenski və Litvinova üç il əvvəl “Povelitel vetra” filminin qapalı premyerasında iştirak etmişdilər.
Xabenski və Litvinova 2013-cü ildə evləniblər və iki qız övladı böyüdürlər. Aktyorun ilk həyat yoldaşından da bir oğlu var.
