Türkiyəli musiqi qrupu Manifest beynəlxalq musiqi səhnəsinə çıxmaq üçün planlarını açıqlayıb.
Dergi.az xəbər verir ki, Londondakı Wembley Arena konserti ilə diqqət çəkən qrup, ilk ingiliscə mahnısı “Tralala” ilə yeni mərhələyə qədəm qoyub. Lakin Manifestin əsas istəyi xaricdəki dinləyicilərə təkcə ingiliscə deyil, türkçə mahnılarla da çatmaqdır.
BBC News-ə danışan qrup üzvləri gələcək hədəflərindən və Türkiyədəki musiqi fəaliyyətlərindən bəhs ediblər. Onlar Türkiyə konsertlərinə ara verdikləri iddialarına da aydınlıq gətiriblər.
Manifest, dünyanın ən çox danışılan musiqi festivallarından biri olan Coachella-da səhnə almağı da hədəfləyir. Bu, onların beynəlxalq arenada daha geniş dinləyici kütləsinə çatmaq istəklərini göstərir.
Qrup üzvləri xarici dinləyicilərə yalnız ingiliscə deyil, türkçə mahnılarla da çatmaq istədiklərini vurğulayıblar. “Global dinləyici kütləsinə türkçə mahnılarımızla çatmaq istəyirik” deyə bildirən qrup, öz dillərini və musiqilərini xaricdə də tanıtmağı hədəfləyir.
Menecerləri Tolqa Akışın həbs edilməsindən sonra Manifestin Türkiyə konsertlərinə ara verdiyi iddiaları ortaya atılmışdı. Qrup isə bu barədə “Türkiyə bizim evimizdir. Qısa müddət sonra musiqi işləri və konsertlər üçün qayıdacağıq” deyə bildirib.
