Türkiyəli musiqi qrupu Manifest Londonda ilk xarici arena konserti öncəsi diqqətçəkən açıqlamalar verib.
Dergi.az xəbər verir ki, OVO Arena Wembley-də səhnəyə çıxmağa hazırlaşan qrup üzvləri dünya miqyasında hədəflərini, uğurlarının sirrini və Türk pop musiqisinə qatdıqlarını danışıblar. Zeynep Sude Oktay “Manifest Türkiyəyə nəşə gətirdi” deyərək, qlobal musiqi səhnəsinə Türk mədəniyyətini daşımağı məqsəd qoyduqlarını bildirib.
Manifest qrupu Londondakı konsertlərindən bir gün öncə xarici mətbuatla görüşərək, ilk ingiliscə mahnıları “Tralala”nı təqdim ediblər. BBC Radio 1 və Rolling Stone kimi məşhur platformalarda da yer alan qrup, İngiltərədəki konsertləri ilə əlaqədar böyük marağa səbəb olub.
Zeynep Sude Oktay qrupun İngiliscə mahnı yazmaqla qlobal arenaya açılmaq istədiklərini, lakin Türk kimliyini qorumaq niyyətində olduqlarını vurğulayıb.
Esin Bahat isə, Manifestin hər konsertdə bir addım daha irəliyə getmək üçün çalışdığını və bu səbəbdən qrupun orqanik şəkildə inkişaf etdiyini qeyd edib.
