Türkiyəli musiqi qrupu Manifest, ilk ingiliscə mahnıları “Tralala” ilə beynəlxalq musiqi bazarında böyük uğur əldə edib.
Dergi.az xəbər verir ki, 9 oktyabr tarixində yayımlanan mahnı bir gün ərzində 2 milyon dinlənmə sayını keçib. Bu nəticə ilə “Tralala” Türkiyədə 2026-cı ilin bir gün ərzində ən çox dinlənilən mahnısı olub və Spotify-ın qlobal siyahılarında zirvədə qərarlaşıb.
Manifest qrupu, 13 oktyabrda Spotify-ın “Global Yeni Çıxan Şarkılar” və “Global Müzik Videoları” siyahılarında 1-ci yerə yüksəlib. Bu, qrupa həm gündəlik, həm də həftəlik dinlənmə rekordlarını eyni mahnı ilə qırmaq imkanı verib.
Spotify-ın Orta Doğu, Şimali Afrika, Pakistan və Türkiyə Musiqi Direktoru Mark Abou Jaoude, Manifest-in bu uğurunu təqdir edərək, qrupun qlobal siyahılarda zirvəyə çıxmasının heyecan verici olduğunu bildirib.
