Türkiyəli musiqiçi və Grup Laçin-in keçmiş solisti Ali Abacı 60 yaşında vəfat edib.
Dergi.az xəbər verir ki, bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan bağlama sənətçisi və ifaçı Abacı-nın ölüm xəbəri, qrup yoldaşı Teoman Dalcı tərəfindən açıqlanıb.
Teoman Dalcı açıqlamasında, “Usta musiqiçi, ifaçı və bir zamanlar Grup Laçin-in solistliyini edən, acı-şirin çoxlu anımızı paylaşdığımız canımız qardaşımız Ali Abacı-nı itirdik. Devri daim, məkanı cənnət olsun. Çox üzgünüz”, sözlərini deyib.
Ali Abacı-nın cənazəsi bu gün Ankarada son yolçuluğuna yola salınıb.
Ali Abacı, 1991-ci ildə qurulan və 1998-ci ildə “Bekar Gezelim” albomu ilə çıxış edərək eyni il “Türkiyənin Ən Yaxşı Musiqi Qrupu” mükafatını qazanan Grup Laçin-də 2003 ilə 2014 illəri arasında solist və bağlama sənətçisi kimi fəaliyyət göstərib.
