Türkiyəli musiqi qrupu Manifest ilk ingiliscə mahnısı “TRALALA” ilə dünya musiqi listələrində böyük uğur qazanıb.
Dergi.az xəbər verir ki, 9 oktyabrda yayımlanan mahnı Spotify platformasında təxminən 1,9 milyon dinlənmə sayı ilə Global siyahısına 46-cı sıradan daxil olub. Bu, Manifestin dünya miqyasında ən çox dinlənilən mahnılar arasında yer almasına səbəb olub.
Mahnı, eyni gün siyahıya daxil olan digər mahnılar arasında ən yüksək sıraya yerləşib. Bu, qrupun ingiliscə musiqi yolunda iddialı bir başlanğıc etdiyini göstərir.
Londonda çəkilən klipdə Türk mədəniyyətindən izlər, o cümlədən nazar boncuğu və Türk çayı kimi detallar yer alıb. Mahnının söz və musiqisi INJI, Jonah Jurick və Alex Graf tərəfindən hazırlanıb.
Manifest 16 oktyabrda Londondakı OVO Arena Wembley-də “TRALALA” mahnısını ilk dəfə canlı ifa edəcək.
