Türkiyəli məşhur musiqi qrupu MFÖ yeni layihələrlə sevənlərini sevindirməyə hazırlaşır.
Dergi.az xəbər verir ki, ‘Ele Güne Karşı’, ‘Sarı Laleler’ və ‘Ali Desidero’ kimi unudulmaz mahnıları ilə tanınan qrup yenidən səhnəyə qayıtmaq üçün hazırlıqlara başlayıb.
MFÖ-nün üzvləri yeni musiqi layihələri üzərində çalışdıqlarını və tezliklə pərəstişkarları ilə görüşəcəklərini açıqlayıblar.
Qrupun yeni layihələri ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə paylaşılacaq.
