Türkiyəli müğənni Murat Boz və aktrisa Demet Özdemir İstanbulda güclü yağış nəticəsində su basmış studiyadan xilas ediliblər.
Dergi.az xəbər verir ki, Sarıyerin Ayazağa Məhəlləsində yerləşən studiya və ətrafı yağışdan sonra su altında qalıb. Çəkiliş üçün bölgədə olan Murat Boz və Demet Özdemir də daxil olmaqla bir çox insan suyun yüksəlməsi səbəbindən orada qalıb.
Murat Boz sosial media hesabından video paylaşaraq, “Maslak-Ayazağada Phoenix Studiyolarının olduğu ərazidəyik. Hər yer su altında, elektriklər kəsildi. Yüzlərlə işçi ilə birlikdə buradayıq. Rəsmi qurumlardan təcili dəstək gözləyirik” deyə bildirib.
Demet Özdemir də eyni binada reklam çəkilişi üçün olduğunu açıqlayıb və “AKUT-un bizə çatmasını gözləyirik, birinci mərtəbə tamamilə su altında qalmaq üzrədir. Biz ikinci mərtəbədəyik” deyə paylaşım edib.
Sosial mediadakı yardım çağırışlarının ardından İstanbul Emniyet Müdürlüğü Deniz Limanı Şube Müdürlüğü’ne bağlı dalğıc polis qrupları əraziyə göndərilib. Dalğıc polis botu vasitəsilə Murat Boz, Demet Özdemir və digər vətəndaşlar təhlükəsiz bölgələrə çatdırılıb.
