Türkiyəli DJ Faruk Sabancı və aktrisa Esra Bilgiç romantik paylaşım ediblər.
Dergi.az xəbər verir ki, Faruk Sabancı sevgilisi Esra Bilgiçin doğum günü münasibətilə sosial media hesabında xüsusi bir foto paylaşıb. Bu paylaşım izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və çox sayda bəyənmə toplayıb.
Esra Bilgiç və Faruk Sabancı son zamanlar romantik münasibətləri ilə diqqət çəkir və cütlük magazin dünyasının sevilən simalarından hesab olunur.
