Türkiyəli aktrisa Şükran Ovalı həyat yoldaşı, futbolçu Caner Erkinin doğum günü münasibətilə sosial media hesabında romantik paylaşımlar edib.

Dergi.az xəbər verir ki, Ovalı, həyat yoldaşı ilə birgə çəkilmiş fotosunu paylaşaraq “Sən mənim hər şeyimsən. Ən gözəl insansan. Sevgilim, sən yaxşı ki doğuldun. Səni çox sevirəm” sözlərini yazıb.

Aktrisa daha sonra qızı ilə birlikdə “Yaxşı ki doğuldun baba, canım babam” yazısını da paylaşaraq doğum günü təbriklərini davam etdirib.