Türkiyəli aktrisa Sinem Kobal qızı Leylanın yeni fotosunu sosial mediada paylaşıb.
Dergi.az xəbər verir ki, Sinem Kobal məşhur aktyor Kenan İmirzalıoğlu ilə evlidir və onların iki qızı var. Aktrisa sosial mediada qızı Leylanın son halını izləyiciləri ilə bölüşüb.
Paylaşım qısa müddətdə minlərlə bəyənmə toplayıb və sosial medianın ən çox danışılan mövzularından biri olub.
İzləyicilər Sinem Kobal və ailəsinə xoşbəxtlik arzulayıb və “nazar dəyməsin” deyə xəbərdarlıq ediblər.
