Türkiyəli aktrisa İrem Helvacıoğlu analıq fasiləsindən sonra ekranlara geri qayıtmağa hazırlaşır.

Dergi.az xəbər verir ki, aktrisa dostu DJ İlkay Şencanın albom təqdimatında iştirak edərək maraqlı açıqlamalar verib. O, “Qızım Sora bir yaşına çatdı. Mən də layihələrlə bağlı görüşlərə başladım. Konkret bir ssenari və ya obraz arzusunun arxasınca getmirəm. Yaxın zamanda sürprizimi açıqlayacağam” deyib.

Helvacıoğlunun bu açıqlamaları onun pərəstişkarları arasında böyük maraq doğurub.