Türkiyəli aktyor Burak Yörük və məşhur müğənni Tuana Yılmaz sürpriz bir qərarla nikah masasına oturub evləniblər.

Dergi.az xəbər verir ki, Trabzonda davam edən çəkilişlərdən fürsət tapdıqca İstanbula gələn Burak Yörük, jurnalistlərə evliliklə bağlı açıqlamalar verib. O, “Evlənincə hər şey dəyişir” ön yarğısının əksinə çox xoşbəxt olduğunu bildirib.

Aktyor “Çox şükür, hər şey əladır, heç nə dəyişməyib, super. ‘Evlənincə dəyişir’ deyirdilər, amma daha da gözəlmiş” ifadələrini işlədib.

Burak Yörük və Tuana Yılmaz cütlüyü həm karyeralarındakı uğurlar, həm də şəxsi həyatlarında göstərdikləri uyğunluqla diqqət çəkirlər. Aktyorun “Taşacak Bu Deniz” serialının çəkilişləri üçün tez-tez Trabzona gedib-gəlməsi və müsbət enerjisi izləyicilərdən tam qiymət alıb.