Televiziya dünyasında rəqabət getdikcə qızışır və bu yeni yayın dönəmində “Taşacak Bu Deniz” serialının 2-ci sezonuna aid ilk fraqman yayımlandı. Bu fraqman, yeni sezonda baş verəcək hadisələrə dair ilk ipuclarını təqdim edir.
Dergi.az xəbər verir ki, fraqman izləyicilərdən tam olaraq müsbət rəy ala bilmədi. Bir çox tamaşaçı “Heç bir şey anlamadım”, “Bunu mu gözlədik”, “Bu nədir, anlamadım” kimi şərhlər edərək fraqmanı tənqid etdi.
“Taşacak Bu Deniz” serialının yeni sezon çəkilişləri artıq başlayıb. TRT 1-in fenomen serialı olan “Taşacak Bu Deniz” 2 oktyabr saat 20:00-da tamaşaçılarla yenidən görüşəcək.
