Türkiyəli aktyor və model Yusif Çimin karyerasına necə başladığı hər kəsi təəccübləndirib. O, bugün bir çox serialda canlandırdığı obrazlarla tanınsa da, əslində modellik dünyasında məşhurluq qazanmağa başlayıb.
Dergi.az xəbər verir ki, Yusif Çim 2009-cu ildə kataloq çəkilişləri ilə modellik sahəsinə ilk addımını atıb. 2011-ci ildə Türkiyənin Best Model yarışmasında ikinci yeri tutaraq adını geniş kütləyə tanıdıb.
Yusif Çim, 1991-ci ildə İstanbulda anadan olub və İstanbul Arel Universitetində təhsil alıb. O, aktyorluqdan əvvəl müxtəlif markaların reklam və kataloq çəkilişlərində iştirak edib.
2013-cü ildə “Olsun Bi Kere” adlı EP albomunu təqdim edən Çim, musiqi sahəsində də özünü sınayıb. 2014-cü ildə Show TV-yə verdiyi müsahibədə musiqinin onun üçün hər zaman ön planda olduğunu bildirib.
Yusif Çim, ilk aktyorluq təcrübəsini 2014-cü ildə “Ezra” serialında qazanıb. Daha sonra “Çilek Kokusu”, “Hanım Köylü”, “İçimdeki Fırtına”, “Seven Ne Yapmaz”, “Servet”, “Akrep” və “Aldatmak” kimi layihələrdə rol alıb.
