Məşhur türk komediya ustası Yasemin Sakallıoğlu və həyat yoldaşı Burak Yırtar bir tədbirdə iştirak edərkən jurnalistlərin suallarını cavablandırıblar.
Dergi.az xəbər verir ki, cütlük artıq övlad sahibi olmaq istədiklərini açıqlayıb. Yasemin Sakallıoğlu, “Artıq səmimiyyətimlə deyirəm, uşaq gəlsin. Bu günə qədər mən hazır olmağı gözləyirdim, indi hazıram, amma bu dəfə də o gəlmir… Uşaq istəyirik, utanma, söylə!” deyib.
Komediya ustası əlavə edib ki, “Mən uşağını çox izləyən bir ana olaram. Uşağımı çox sıxa bilərəm. Daim psixoloqa gedərəm.”
