Azərbaycanlı aktrisa Pərvin Abıyeva pandemiya səbəbindən Türkiyədə Oktay Kaynarca ilə baş tutacaq layihəsini itirdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun təqdimatında yayımlanan “10+” proqramında danışıb.
Pərvin Abıyeva pandemiya dövrünə qədər bir ildə beş filmə çəkildiyini və Türkiyədə üç filmdə rol aldığını bildirib. Sonuncu dəfə “Eşkiya Dünyaya Hükmdar Olmaz” serialı üçün İstanbulda Oktay Kaynarca ilə görüşməyə hazırlaşırmış.
Lakin, pandemiya səbəbilə yolların bağlanması və uçuşların təxirə düşməsi nəticəsində bu layihə baş tutmayıb və aktrisanın karyerası böyük layihələrdən məhrum olub.
Pərvin Abıyeva sənətin inkişafı üçün böyük maliyyə vəsaitlərinin lazım olduğunu vurğulayıb.
