Türkiyə dünya üzrə ən çox serial ixrac edən ölkələr siyahısında lider mövqeyə yüksəlib.

Dergi.az xəbər verir ki, 2005-ci ildə yayımlanan “Gümüş” serialı ilə başlayan bu uğurlu yol, Türkiyə seriallarının qlobal miqyasda böyük maraq görməsi ilə nəticələnib.

Türkiyə seriallarına olan tələbatın artması ilə ölkə, ekran dünyasında əhəmiyyətli bir yerə sahib olub.

Türkiyə seriallarının dünya bazarındakı uğuru ölkənin mədəniyyət ixracatına da müsbət təsir göstərib.