Türkiyəli aktrisa Devrim Özkan “Yeraltı” serialında birlikdə rol aldığı aktyor Deniz Can Aktaş ilə sevgili olduğunu açıqlayıb.
Dergi.az xəbər verir ki, Devrim Özkan sosial media hesabında Deniz Can Aktaş ilə çəkilmiş fotoşəkilini paylaşaraq onların münasibətini rəsmən təsdiqləyib.
Aktrisanın ağ ürək emojisi ilə paylaşdığı foto sosial mediada böyük maraq doğurub və geniş müzakirə mövzusuna çevrilib.
Sosial media istifadəçiləri cütlüyün çox yaraşdığını qeyd ediblər.
Deniz Can Aktaş isə bir müddət əvvəl qatıldığı proqramda, “Həyatımda məni xoşbəxt edən bir sevgi var” sözlərini işlədib.
