Türkiyəli aktrisa Ece Uslu uzun illərdir televiziya layihələrində iştirak etdiyini və artıq başrol oynamaq istəmədiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, aktrisa Nihat Odabaşının YouTube kanalında qonaq olarkən, aktyorluq yolculuğuna dair səmimi fikirlərini bölüşüb. O, “Gözəl qadın” imici səbəbindən televiziyada komediya janrında rol ala bilmədiyini vurğulayıb.

Ece Uslu karyerasında başrol etiketindən daha çox canlandıracağı obrazın keyfiyyətinə önəm verdiyini bildirib. O, “Başrol oyuncusu olacağam deyə bu işə girmədim, oyuncu olacağam deyə girdim” sözlərini dilə gətirib.

Teatr səhnəsindəki komediya performansları ilə iki dəfə namizəd olduğunu xatırladan aktrisa, televiziyada eyni şansı əldə edə bilmədiyini qeyd edib. Görünüşə əsaslanan qalıpların aktyor seçimlərini məhdudlaşdırdığını vurğulayıb.

Ece Uslu lazım gəldikdə görünüşündə dəyişiklik etməyə hazır olduğunu, lakin sektorda yaşadığı yorğunluğu da dilə gətirib.