İndoneziyalı “Gokill” adlı qara komediya filmi 2026-cı il JAFF Future Project üçün seçilib.
Dergi.az xəbər verir ki, film Sugeng və Ratna adlı cütlüyün illər sonra övlad sahibi olma sevincinin faciəyə çevrilməsini təsvir edir. Həkimlər onların doğulmamış uşağının yaşama ehtimalının az olduğunu bildirir və cütlük qara magiyaya müraciət edərək Sugengi insan orqanları ilə qidalanan demon körpə Silly ilə bağlayır.
Sugeng demon körpənin ehtiyaclarını qarşılamağa çalışarkən, çalışdığı “Gokill” təmizləmə şirkətinin həm də muzdlu qatil bölməsi olduğunu öyrənir.
Filmin ssenari müəllifi və rejissoru Amanda İsvan, “Gokill”in real iqtisadi narahatlıqları absurd fövqəltəbii mövzu ilə araşdırdığını vurğulayıb. Film daha əvvəl 2025-ci ildə Jogja-Netpac Asiya Film Festivalında qısa film olaraq təqdim olunub.
“Gokill” hazırda Angin Segar Films, Kapsul Waktu Studio və Satu Atap tərəfindən inkişaf etdirilir. JAFF Marketdə layihənin maliyyələşdirilməsi və beynəlxalq bazarda potensialının araşdırılması məqsədi ilə təqdim olunacaq.
