Türkiyənin populyar serialı “Güllər və Günahlar”ın yeni bölümündə həyəcan dolu anlar yaşanıb. İlkim, Serhat və Zeynəpdən intiqam almaq məqsədilə Sonay tərəfindən qaçırılıb.

Dergi.az xəbər verir ki, Sonay, Serhatı həyatının ən çətin qərarlarından birini verməyə məcbur edib. Sonay tərəfindən İlkim haqqında deyilən son sözlər Serhatı sarsıdıb.

Tanıtıma damğa vuran səhnədə Serhat, dondurucu bir otağın kilidini qıraraq içəri girməyə çalışır. Qızına çatmaq üçün zamanla yarışan Serhatın çarəsizliyi və mübarizəsi həyəcanı zirvəyə daşıyıb.

“Güllər və Günahlar” serialı bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.