Türkiyə serialı Güllər və Günahlar bu axşam duyğusal və gərgin bir bölümlə ekrana gələcək.

Dergi.az xəbər verir ki, Serhatın Kaderə göstərdiyi diqqət İlkim və Hayalı narahat edir. Kaderin ətrafında baş verən bu hadisələr ailə daxilindəki balansları daha da çətinləşdirəcək.

Sonay, Mustafanı tələyə salaraq böyük bir qəzaya səbəb olur. Bu hadisə ilə hər kəs çaşqınlıq içində qalır.

Zeynepin evə dönüşü Candan ailəsində böyük bir krizə səbəb olur və ailə daxilində yeni qarşıdurmaların başlanğıcını qoyur.

NGM imzalı Güllər və Günahlar serialı bu axşam saat 20:00-da Kanal D-də yayımlanacaq.