Türkiyəli keçmiş uşaq aktyor Akçahan Akça hazırda plastik, rekonstruktiv və estetik cərrah kimi fəaliyyət göstərir.

Dergi.az xəbər verir ki, Akçahan Akça 2000-ci illərin məşhur ailə seriallarından olan “İki Ailə”də Timur Soydan obrazını canlandıraraq tanınıb. O, daha sonra “Eyvah Halam”, “Kollama”, “Kavak Yelleri” və “Unutulmaz” kimi seriallarda da rol alıb. 2014-cü ildə “Ayhan Hanım” filmində də iştirak edib.

Akça, Beşiktaş Anadolu Liseyini bitirdikdən sonra İstanbul Medeniyet Universiteti Tibb Fakültəsindən məzun olub. Onun tibb sahəsinə yönəlməsi və plastik cərrah kimi karyerasını davam etdirməsi diqqət çəkir.

Akça hazırda universitetdə akademik kadr olaraq da fəaliyyət göstərir və plastik cərrahiyyə sahəsində uzun illər çalışmaq niyyətindədir.

Akçahan Akça’nın yenidən aktyorluğa qayıdıb-qayıtmayacağı isə hələ ki məlum deyil.