Rusiyalı müğənni Stas Mikhaylovun həyat yoldaşı İnna Mikhaylova yenidən boşanma iddialarını gündəmə gətirib.
Dergi.az xəbər verir ki, İnna şəxsi bloqunda Stasın 2011-ci il tarixli arxiv klipini paylaşaraq “2026! Əlvida…” yazıb. Bu qeydə Stasın profilini və qırıq ürək emojisini əlavə edib.
İzləyicilər arasında müxtəlif reaksiyalar yaranıb. Bir çoxları sadəcə köhnə videonu tərifləsə də, bəzi izləyicilər İnna Mikhaylovanın ruh halının yaxşı olmadığını düşünərək onu dəstəkləyib.
Bir neçə gün əvvəl Mikhaylovun bir pərəstişkarı müğənninin başqa bir qadınla provokativ fotosunu paylaşmışdı. Şəkildə Stasın əlini Yuliya adlı bir qadının sinəsində saxladığı görünürdü. Bu hadisənin İnna Mikhaylovanın emosional paylaşımına səbəb olduğu ehtimal edilir.
Əvvəllər də İnna qızı ilə bağlı təbrik mesajında Stasla artıq birlikdə olmadıqlarını bildirmişdi, lakin səbəbləri açıqlamamışdı. Stas isə münasibətlərində hər şeyin yaxşı olduğunu vurğulamışdı.
