Türkiyənin məşhur aktrisası Deniz Baysal və musiqiçi Barış Yurtçu 7 illik evliliklərini rəsmi olaraq sonlandırdı. Cütlük, İstanbul Adliyesi 8. Ailə Məhkəməsində keçirilən məhkəmə iclasında anlaşmalı olaraq boşandı.
Dergi.az xəbər verir ki, Deniz Baysal və Barış Yurtçunun boşanması təxminən 10 dəqiqə davam edən məhkəmə prosesində baş tutdu. Əvvəllər çəkişməli şəkildə davam edən boşanma prosesi, tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə anlaşmalı boşanmaya çevrildi.
Boşanma prosesində diqqət çəkən bir iddia ortaya atıldı. Birsen Altuntaşın xəbərinə görə, Barış Yurtçunun boşanmanı qəbul etməsi üçün yüksək miqdarda pul tələb etdiyi və bu ödəmənin bir hissəsinin məhkəmə öncəsi edildiyi iddia olunur.
İddialara görə, tərəflərin maddi məsələlərdə razılaşmasının ardından boşanma prosesi qısa zamanda həll olundu. Yurtçunun ödənişi aldıqdan sonra anlaşmalı boşanmanı qəbul etdiyi və cütlüyün 10 dəqiqəlik iclasın ardından rəsmi olaraq boşandığı irəli sürüldü.
Bütün bu hadisələrdən sonra Deniz Baysal sosial mediada diqqət çəkən bir addım atdı. Məşhur aktrisa, Barış Yurtçu ilə birlikdə olan fotoşəkilləri sosial media hesabından sildi və profilindəki soyadını dəyişdirdi.
