Türkiyəli aktyor Burak Yörük “Taşacak Bu Deniz” serialında Oruç Furtuna obrazı ilə diqqət çəkir.
Dergi.az xəbər verir ki, Yörük karyerasına uşaq aktyor kimi başlayıb. Onun ilk dəfə 2004-cü ildə “Biz Boşanıyoruz” komediya serialında Cancan rolu ilə ekranlara gəldiyi məlum olub. Lakin aktyorluğa başlaması daha erkən dövrlərə təsadüf edir. Atasının tanınmış TV kanalında çalışması və geniş çevrəsi sayəsində o, 6-7 yaşlarında sektora daxil olub və “Sırlar Dünyası”nda da rol alıb.
12 yaşında aktyorluğa ara verərək basketbolla məşğul olan Yörük, 14 yaşında müxtəlif təhsil müəssisələrində aktyorluq təhsili alıb. Universitet təhsilini də aktyorluq üzərinə tamamlayıb.
1995-ci il təvəllüdlü aktyorun yetkinlik dövrü aktyorluq təcrübələri 2013-cü ildən başlayır. O, “20 Dakika” serialında Tayfur obrazını canlandırıb və “Ben Onu Çok Sevdim” serialında da rol alıb.
Yörükün tanınırlığını artıran layihələrdən biri 2018-ci ildəki “4N1K” olub. Daha sonra 2020-ci ildə “Baraj” və 2021-ci ildə “Aşk Mantık İntikam” serialları ilə şöhrətini artırıb.
O, hazırda “Taşacak Bu Deniz” serialında rol alır. Gənc aktyor həm də musiqiçi Tuana Yılmaz ilə evlənərək şəxsi həyatı ilə gündəmə gəlib.
